Folklorumuzdan misralar həkk olunmuş CHELEBİ qablarıtest

30 May 2017

Rəng koloriti və folklor motivlərinin əks edildiyi sənət nümunələrinin sanki bir kəşfi olan CHELEBİ mebel ve dekor butiki həzin Bakı axşamlarının birində qonaqlarına həftəsonu qonaqlığı təşkil edərək unudulmaz anlar yaşatdı. CHELEBİ ailəsinə gələn qonaqlar arasında sənətşünaslar və incəsənət xadimləri, CHELEBİ müştəriləri və sadəcə incəsənət sevərlər onlara xüsusi ideya ilə bəzədilmiş möhtəşəm interyerdə qarşılandı.

Divara hörülmüş 100 kg üzüm və tavandan asılmış 2000 ədəd sarı limonlar buraya gələn qonaqları heyrətləndirirdi. Həmçinin, arxa fonda divarlarda əks olunan milli cizgi fimlərini izləmək buraya toplaşmış insanları sanki bir anlıq uşaqlığına götürdü. Milli brendin yaradıcıları Fərid Rəsulov və Aida Mahmudova tədbiri açıq elan etdikdən sonra, rəssam Arif Hüseynova söz verildi.