HAQQIMIZDA

BİZ KİMİK?

Çələbi Qarabağ xalçası məktəbinin məşhur dizaynlarından və Azərbaycanda 7 xalça məktəblərindən biridir. Onun adı ölkənin şimal-qərbində yerləşən Qarabağ bölgəsindəki dağlıq və mənzərəli bir kənddən gəlir, hansı ki möhtəşəm bəzəkli xalçaları ilə tanınır.

Şirkətin ideyası rəssam Fərid Rəsulovun qurğusu əsasənda yaranıb. Fərid Rəsulov, Azərbaycan Pavilyonunu təmsil edərkən müasir incəsənətin 55-ci Venesiya Biennale sərgisində “Chelebi Carpet Room” (Çələbi Otağı) qurğusunu nümayiş etdirmişdi. Çələbi Otağı, Qərb və Şərqin bir araya gəlməsi, arifmetik hesabların mükəmməl nəticəsidir.

Yaradıcı və enerji dolu bir komandanın idarə etdiyi şirkət Bakıda yerləşir. Mebel, keramika, yastıq, müxtəlif parça növləri və aksessuarları əhatə edən tam çeşidli məhsullar təklif edir. Ənənəvi Azərbaycan modelləri, milli motivlər və folklor səhnələri məhsulların əksəriyyətini bəzəyir və iki məqsəd daşıyır: görüntüdə parlaqlığı yansıtmaq və eyni zamanda uşaqlığın qayğısız xatirələrini yada salaraq, sizi gündəlik həyatınızda ötəri olaraq o günlərə aparmaqdır.

Mebel nümunələri hər zaman klassik və zərif bir şəkildə şık olmağına baxmayaraq,  CHELEBI, əl iş əsərlərini yaradarkən sənətkarları çoxdan unudulmuş texnikadan istifadə etməyə və orta əsrlərdən ilham almağa təşviq edir. Azərbaycanın görkəmli sənətkarlarının mövcud sənət əsərləri bəzi məhsullarımızda öz əksini tapır, lakin bir çox bədii kompozisiyalar CHELEBI üçün xüsusi olaraq hazırlanır. Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan meyvələr, bitkilər, yabanı quşlar, nağıllar, ornamentlər, musiqi alətləri və atalar sözəri sözügedən kolleksiyaya aiddir.

KOMANDAMIZI QARŞILAYIN

Təsisçi
AİDA MAHMUDOVA
Təsisçi
FƏRID RƏSULOV
Təsisçi
ORXAN HÜSEYNOV
İcraçı Direktor
SAYMON AHMED
Xarici regionlar üzrə təmsilçisi
FƏRID KƏRIMOV
Operasiyalar üzrə Menecer
EMIL SULTANOV
Marketing Menecer
LALƏ RZAZADƏ
CG Artist
CAVID MEHDIYEV
İstehsal üzrə Menecer
CAVANŞİR MURADOV
Sosial Media
Lana Sokolova

d